CHISON markası
CHISON Medical Technologies Co., LTD (Birja kodu: 688358) 1996-cı ildə yaradılmışdır. Bu kompaniya ultrasəs sistemlərinin dünya üzrə ən qabaqcıl istehsalçılarından sayılır. 25 ildən artıq fəaliyyət dövründə CHISON müxtəlif araşdırmalar və tədqiqatlar apararaq, cihazların keyfiyyətinin artmasına nail olmuşdur.
Szyansunun texnoloji şöbəsi tərəfindən yüksəktexnoloji şirkət kimi qiymətləndirilən CHISON hazırda Çində (Usi, Szyansu) və ABŞ-da (Sietl, Vaşinqton) 2 elmi-tədqiqat mərkəzinə malikdir.
İnnovasion texnologiyalar sayəsində CHISON "Milli yüksəktexnoloji yeni məhsul" və "Mükəmməl yerli tibbi avadanlıq" mükafatlarına layiq görülmüşdür. CHISON məhsulları beynəlxalq bazara daxil olduğu andan çox qısa zamanda məşhurluq qazanmışdır. CMD, CE (Aİ), FDA (ABŞ), CSA (Kanada), KFDA (Cənubi Koreya) və digər beynəlxalq sertifikatlara layiq görülən yeganə aparıcı texnoloji kompaniya olaraq, CHISON dünyada 100-dən çox ölkə ilə əməkdaşlıq edir.
CHISON "Vizualdan kənar dəyərlər" konsepsiyasına əsaslanaraq, milyonlarla insana fayda verən keyfiyyətli tibbi avadanlıqlar istehsal edir. Ultrasəs texnologiyasının ön xəttində dayanmağınız və əhalinin sağlamlığını qorunmağınız üçün CHISON cihazları ən düzgün seçimdir.